Tələbələrin yerdəyişməsi üzrə nəticələr AÇIQLANDI

Tələbələrin yerdəyişməsi üzrə nəticələr AÇIQLANDI
Bölmə adı Xəbərlər
Yayımlandı 28 İyul 2026, 15:26

Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib.

Bu barədə "Aztəhsil.az" a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər.

Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək.