RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ

RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ
Bölmə adı Xəbərlər
Yayımlandı 22 Aprel 2026, 16:43

Fizika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.

Bu barədə Aztəhsil.az-a ARTİ-dən məlumat verilib.

Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.

Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski küç., 109, “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığı) gəlməlidirlər. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Koordinasiya saatları barədə şagirdlərin buraxılış vərəqələrində məlumat verilib.

Fizika fənni üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

Final 2026 – Həllər

Təcrübə imtahanı-qiymətləndirmə meyarları