Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb

Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb
Bölmə adı Xəbərlər
Yayımlandı 23 Aprel 2026, 11:29

Elm və təhsil naziri Emin Əmrullayev Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüşüb.

Aztəhsil.az-a bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində Yunanıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.