AZCON Holding Təqaüdlü Təcrübə Proqramına QEYDİYYAT elan edir

AZCON Holding Təqaüdlü Təcrübə Proqramına QEYDİYYAT elan edir
Bölmə adı Layihələr
Yayımlandı 29 Aprel 2026, 21:22

Proqram İT sahəsində 3-cü və 4-cü kurs (5 illik təhsil proqramlarında isə 4-cü və 5-ci kurs) üzrə bakalavr təhsili alan tələbələrə qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmək imkanı yaradır.

  •  1 iyul – 11 sentyabr 2026-cı il tarixlərini əhatə edən bu proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti əldə edəcəklər.
  •  Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış təmin olunacaq.

➡️ Son müraciət tarixi: 11 may 2026-cı il

 Ətraflı: //azcon.gov.az/az/internship