Aztəhsil.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının əməkdaşları və Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin həkimlərindən ibarət olan "AzNephOfficial" komandası (Aytən Məmmədzadə, Elgün Həziyev, Şəlalə İsmayılova, Fəridə Hacıyeva, Məmmədhüseyn Kərimov, Ibrahim İbrahimov, Pərvin Quliyeva, Məhərrəm İsayev) "NephMadness" adlı onlayn-yarışında iştirak edərək I yer qazanıblar.