ADA Universitetində “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platformasının təşkilatçılığı ilə "Baku ID" çərçivəsində 6-cı "University Demo Day" tədbirini keçirib.
Tədbirdə Azərbaycanın 6 universitetindən 10 komanda iştirak edib. Azərbaycan Texniki Universiteti (AzTU) isə müsabiqədə iki komanda ilə təmsil olunub.
AzTU-dan "Aztəhsil.az" a verilən məlumata görə, hər bir komanda münsiflər heyəti qarşısında 3 dəqiqəlik təqdimatla çıxış edib və ardınca sual-cavab sessiyası keçirilib. Proqram çərçivəsində həmçinin məzunların öz startaplarını təqdim etdiyi "Məzun Startaplarının Təqdimatı" (Alumni Startup Spotlights) və qonaqlara komandalarla birbaşa görüşmək, rəy mübadiləsi aparmaq imkanı yaradan "Startap Sərgisi" (Startup Fair) təşkil olunub.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən AzTU-nun "StipUp" komandası üçüncü yerə layiq görülüb. Komandanın hər bir üzvü "Code Academy"nin "AI for Everyone" (Hamı üçün Süni İntellekt) proqramı üzrə 100%-lik təhsil təqaüdü qazanıb.