Şagirdlərimiz son 20 ilin ən yüksək nəticəsini göstərdilər

Şagirdlərimiz son 20 ilin ən yüksək nəticəsini göstərdilər
Bölmə adı Xəbərlər
Yayımlandı 13 İyul 2026, 10:05

İyulun 4–12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan komandası böyük nailiyyət əldə edib.

"Aztəhsil.az" xəbər verir ki, 90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu elm yarışında ölkəmizi müxtəlif ümumi təhsil müəssisələrindən 5 şagird təmsil edib.

Azərbaycan komandası olimpiadada 3 gümüş və 2 bürünc medal qazanıb. Bununla da şagirdlərimiz son ilin ilin ən yüksək nəticəsinə imza atıblar.

Qeyd edək ki, 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul edilib.