Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupu yaradılır

Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupu yaradılır
Bölmə adı Xəbərlər
Yayımlandı 14 İyul 2026, 10:18

Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupunun müəyyənləşdirilməsi təklif olunur.

"Aztəhsil.az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi məqsədilə keçirilən görüşdə səsləndirib.

O bildirib ki, 5 ixtisas qrupu üzrə 243 ixtisas təklif edilib: "Bu ixtisaslardan 172-si texniki peşə, 39-u yüksək texniki peşə, 32-si isə ilk peşə təhsili ixtisaslarıdır".

Onun sözlərinə görə, daha çox ixtisas - 171 ixtisas texniki və texnoloji sahələr üçün nəzərdə tutulub: "Təklif edilən ixtisaslardan 24-ü rifah, idman və xidmət sahəsi, 22-si mədəniyyət, 18-i kənd təsərrüfatı, 8-i isə iqtisadiyyat idarəetmə ixtisasları üzrədir".