Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə YENİ xidmət

Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə YENİ xidmət
Bölmə adı Xəbərlər
Yayımlandı 16 İyul 2026, 15:18

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə fəaliyyətinin daha sistemli, operativ və peşəkar şəkildə işıqlandırılması məqsədilə rəsmi “Facebook” səhifəsi yaradılıb.

Aztəhsil.az xəbər verir ki, həmin səhifədə mütəmadi olaraq aşağıdakı istiqamətlər üzrə məlumatlar paylaşılacaq:

- Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq;
- Universitetlərarası əlaqələr və akademik tərəfdaşlıqlar;
- Təqaüd proqramları, təhsil imkanları və akademik mobillik;
- Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları üçün faydalı məlumatlar və elanlar;
- Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının akademik, elmi, innovasiya, mədəni və ictimai sahələrdə əldə etdikləri nailiyyətlər;
- Rəsmi görüşlər, tədbirlər və təhsil diplomatiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər;
- Beynəlxalq akademik əməkdaşlıq, elm və ali təhsil sahəsində aktual yeniliklər.

“Facebook” ünvanı: Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi