Beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelləri yaradılacaq.
"Aztəhsil.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.