Şagirdlərimiz iyulun 12-dən 19-dək Litvanın Vilnyus şəhərində keçirilən Beynəlxalq Biologiya Olimpiadasında 1 bürünc medal, 3 həvəsləndirici mükafat qazanıblar.
"Aztəhsil.az" uğur qazanan şagirdləri təqdim edir:
Bürünc medal:
Oğuz Əlili – Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi.
Həvəsləndirici mükafat:
Yalçın Oruclu – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü lisey 11-ci sinif şagirdi;
İlham Əliyev – Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya 11-ci sinif şagirdi;
Rəsul Şahverdiyev – Astara rayon Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin 10-cu sinif şagirdi.