Şəhid oğlunun maaşını və təzminatını toplayaraq məktəb tikdirdi - FOTO

Şəhid oğlunun maaşını və təzminatını toplayaraq məktəb tikdirdi - FOTO
Bölmə adı Xəbərlər
Yayımlandı 21 İyul 2026, 00:14

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda 1998-ci ildə şəhid olan Mustafa Eğercinin anası Eşe Əgərci, oğlundan qalan şəhidlik təzminatı və maaşını illərlə toplayaraq onun xatirəsini əbədiləşdirən xeyirxah addım atıb.

Şəhid anası bildirib ki, oğlu hərbi xidmətə yollanmamışdan əvvəl tez-tez: “Ana, əsgərlikdə şəhid olmaq istəyirəm”, – deyirdi. O isə hər dəfə: “Vətən borcunu yerinə yetir, sağ-salamat qayıt, oğlum”, – cavabını verirdi.

Eşe Əgərci qeyd edib ki, 2012-ci ildə vəfat edən həyat yoldaşı Halil Əgərci oğullarından qalan maaş və təzminata heç vaxt toxunmayıb. Onun ən böyük arzusu həmin vəsait hesabına oğullarının adını yaşadacaq qalıcı bir əsər ərsəyə gətirmək idi.

Şəhid anası həyat yoldaşının vəsiyyətini övladları ilə birlikdə yerinə yetirdiklərini bildirib. Toplanan vəsait hesabına inşa edilən məktəb istifadəyə verilib.

Oğlunun adını daşıyan məktəbin fəaliyyət göstərməsindən qürur duyduğunu deyən Eşe Əgərci, “Oğlumun adı bu məktəbdə yaşayacaq. Bunun sevincini yaşayıram”, – sözlərini söyləyib.

Şəhid anasının bu nümunəvi addımı cəmiyyətdə vəfa, fədakarlıq və şəhid xatirəsinə ehtiramın örnəyi kimi böyük rəğbətlə qarşılanıb.