DİM-də işləmək istəyənlərin NƏZƏRİNƏ

DİM-də işləmək istəyənlərin NƏZƏRİNƏ
Bölmə adı Xəbərlər
Yayımlandı 26 Fevral 2026, 12:08

Dövlət İmtahan Mərkəzi “İnformasiya təhlükəsizliyi üzrə baş məsləhətçi” və “Verilənlər bazasının (MSSQL) inzibatçısı - baş məsləhətçi” vəzifələri üzrə vakansiya elan edir.

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər 19 mart 2026-cı il tarixinədək  müvafiq bölmədə tələblərlə tanış olub //portal.dim.gov.az/HR/ linkinə keçid edərək vakansiya adını seçərək müraciət edə bilərlər.

DİM-də hazırda mövcud olan digər vakant yerlər də saytın “Vakansiya” bölməsində yerləşdirilib.