Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Bölmə adı Xəbərlər
Yayımlandı 15 İyun 2026, 18:46

Bu gün Şuşada hər il olduğu kimi, çox möhtəşəm bir tədbirə ev sahibliyi edirik. Belə möhtəşəm bir tədbirin, belə gözəl bir bayram günündə məhz Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır və çox qürurvericidir.

Aztehsil.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma şəhərlərinə qayıdışı, onların məskunlaşması və sosial rifahının təmin olunması istiqamətində mühüm işlər görülür.

"Hazırda üç yeni yaşayış kompleksinin inşası davam edir. Gələn il həmin komplekslərin istismara verilməsi nəzərdə tutulur və nəticədə 3000-dən çox insan burada yaşamaq imkanı əldə edəcək. Bərpa və yenidənqurma işləri çərçivəsində Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələrinin burada yerləşdirilməsi planlaşdırılır. Biz bunu səbirsizliklə gözləyirik və inanırıq ki, tələbələrimiz burada müasir şəraitdə təhsil alaraq böyük uğurlar qazanacaqlar", - deyə A.Kərimov vurğulayıb.