Anasının onu Düzcə Avtovağzalından sadə rezin ayaqqabılarla yola saldığı gənc tələbə, Ordu Universitetinin 2025–2026-cı tədris ilinin birincisi kimi başa vurub.
Aztehsil.az xəbər verir ki, uğur hekayəsi ilə diqqət çəkən Mehmet Güneş əldə etdiyi nailiyyətin arxasında ailəsinin böyük fədakarlıqlarının dayandığını bildirib.
Məzuniyyətdən sonra hisslərini bölüşən gənc, “Anam məni çox çətin şəraitdə oxutdu. Bu uğur anamın və atamın əməyinin nəticəsidir”, – deyə vurğulayıb.