Ali məktəbə İMTAHANSIZ qəbul oldu - 4 qat olimpiada qalibi

Ali məktəbə İMTAHANSIZ qəbul oldu - 4 qat olimpiada qalibi
Bölmə adı Xəbərlər
Yayımlandı 4 İyun 2026, 10:11

 

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nəsir Bəşirov elm və texnologiya sahəsində qazandığı uğurlarla diqqət çəkir.

Aztəhsil.az xəbər verir ki, Nəsir hələ 6-cı sinifdə informatika fənni üzrə Respublika Fənn Müsabiqəsində bürünc medal qazanaraq uğur yoluna qədəm qoyub. 7-ci sinifdə isə fizika üzrə qızıl medal əldə edib.

O, 7-8-ci siniflərdə “Azercell Cup” proqramlaşdırma müsabiqəsində iştirak edərək bürünc və qızıl medallara layiq görülüb. 8-ci sinifdən etibarən Respublika fənn olimpiadalarında iştirak edən Nəsir 4 il ardıcıl olaraq yüksək nəticələr göstərib:

8-ci sinif — gümüş medal
9-cu sinif — qızıl medal
10-cu sinif — gümüş medal
11-ci sinif — qızıl medal

Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən “İddia Cup” proqramlaşdırma müsabiqəsində gümüş medal qazanan Nəsir beynəlxalq arenada da uğurla çıxış edib. O, “Info 1 Cup” beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb, EJOI — Avropa Gənclər Olimpiadasında isə həvəsləndirici sertifikata layiq görülüb.

Yüksək nailiyyətlərinə görə ali məktəbə müsabiqədənkənar qəbul hüququ qazanan Nəsir təhsilini ADA Universitetinin “Kompüter elmləri” ixtisası üzrə davam etdirməyi planlaşdırır. 

 

goc.edu.az