17 iyundan etibarən ölkə üzrə növbəti sertifikasiya prosesi keçiriləcək.
Bu mərhələdə ilk dəfə olaraq tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər də sertifikasiya imtahanına cəlb olunacaqlar.
Texnologiya müəllimləri isə imtahanlarını 25 iyun tarixində verəcəklər.
İlk dəfə sertifikasiyada iştirak edəcək müəllimləri ən çox maraqlandıran məsələlərdən biri imtahanın sual formatı və ümumi quruluşudur.
Müəllimlər xüsusilə sualların hansı mövzuları əhatə edəcəyi, test tapşırıqlarının çətinlik səviyyəsi, kurikulum və metodika bölmələri üzrə bölgü, eləcə də qiymətləndirmə meyarları barədə məlumat almağa çalışırlar.
Prosesə ilk dəfə qoşulan müəllimlər arasında imtahan modelinə dair öncədən məlumat əldə etmək istəyənlərin sayı da kifayət qədər çoxdur.
Aztəhsil.az-ın Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) əldə etdiyi məlumata görə, suallar şəkil, sxem, cədvəl və Venn diaqramı formasında təqdim oluna bilər:
“Ardıcıllıq, seçmə, uyğunluq, situativ və hesablama tipli tapşırıqlar yer ala bilər. Çətinlik dərəcəsinə görə, suallar asan, orta və çətin səviyyədə olmalıdır”.
Texnologiya fənni üzrə sertifikasiyanın test nümunələri: