Olimpiadanın final turunun nəticələri elan edilib

Olimpiadanın final turunun nəticələri elan edilib
Bölmə adı Xəbərlər
Yayımlandı 5 İyun 2026, 17:59

Mayın 31-də keçirilmiş Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final turunun nəticələri elan edilib.

Bu barədə Aztəhsil.az-a ARTİ-dən məlumat verilib.

Qeyd olunub ki, şagirdlər portal.edu.az platformasındakı şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Final turunun nəticələri ilə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilir. Müraciətlər [email protected] ünvanına yazılı şəkildə göndərilməlidir.

goc.edu.az