Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na uyğun olaraq, 2026/2027-ci tədris ili üzrə sənəd qəbulu elan edir.
Aztəhsil.az xəbər verir ki, BMU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu ümumilikdə 41 ixtisas üzrə aparılır. Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir //beu.edu.az/az/admission/repeated-higher-education.
Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az elektron portalı vasitəsilə aparılır. Portal vasitəsilə müraciətin cari statusunu izləmək, prosesin mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.
Sənəd qəbulu 31 avqust 2026-cı il saat 23.59-da başa çatacaq.
Portala yüklənməsi tələb olunan sənədlər:
1. Ali təhsil haqqında sənəd: diplom və ona əlavə.
2. Xarici ölkə məzunları üçün: ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd.
Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.
Sənəd qəbulu 31 avqust 2026-cı il saat 23.59-da başa çatacaq.