Məktəblilərimiz Asiya Pasifik Riyaziyyat Olimpiadasında UĞUR qazanıblar

Məktəblilərimiz Asiya Pasifik Riyaziyyat Olimpiadasında UĞUR qazanıblar
Bölmə adı Xəbərlər
Yayımlandı 5 İyun 2026, 11:37

Asiya Pasifik Riyaziyyat Olimpiadasının (APMO 2026) nəticələri elan olunub.

Təhsil İnstitutundan bildirilib ki, olimpiadada iştirak edən şagirdlərimiz 2 bürünc və həvəsləndirici mükafatlar qazanıblar.

Qeyd edək ki, APMO bu ilin mart ayında Vyetnamda onlayn formatda keçirilib. Müsabiqəyə 43 ölkədən 397 məktəbli qoşulub.

goc.edu.az