Liseyin şagirdi “Əlaçı”nın qalibi olub

Liseyin şagirdi “Əlaçı”nın qalibi olub
Bölmə adı Uğur hekayələri
Yayımlandı 13 May 2026, 09:11

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Əsgərova “Əlaçı” verilişinin qalibi olub.

Bu barədə Aztəhsil.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin paylaşımına istinad xəbər verir.

Bildirilib ki, Fatimə Əsgərova yalnız bu nailiyyəti ilə deyil, həm də akademik uğurları ilə seçilir. O, həm ötən tədris ilində, həm də cari tədris ilində Respublika fənn olimpiadası çərçivəsində biologiya fənni üzrə bürünc medala layiq görülüb.