Şəhidin oğlu buraxılışdan yüksək nəticə TOPLADI

Şəhidin oğlu buraxılışdan yüksək nəticə TOPLADI
Bölmə adı Uğur hekayələri
Yayımlandı 16 May 2026, 09:17

Naxçıvanda şəhid övladının əldə etdiyi yüksək nəticə böyük qürur hissi doğurub.

Bu barədə Aztəhsil.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərov yüksək nəticə göstərərək 282 bal toplayıb.

Bu uğur həm gənc nəslin əzmkarlığının, həm də Vətənə xidmət ruhunda yetişən şagirdlərin potensialının parlaq nümunəsi kimi qiymətləndirilir.Məhəmməd Cəfərovun əldə etdiyi nəticə rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb və şəhid ailələrinin övladlarının təhsildə qazandığı nailiyyətlərə daha bir örnək olub.

Qeyd edək ki, Məhəmməd Cəfərov buraxılış imtahanında Şərur rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticəni əldə edib.