İndoneziya Universitetinə təqaüdlü təhsil imkanı

İndoneziya Universitetinə təqaüdlü təhsil imkanı
Bölmə adı Layihələr
Yayımlandı 19 Mart 2026, 18:05

İndoneziyanın Atma Jaya Universitetində təqaüdlə təhsil imkanı

İndoneziya Respublikasının Atma Jaya Universiteti 2026–2027-ci tədris ili üzrə xarici tələbələr üçün “İnkişaf Etməkdə Olan Ölkələrin Tərəfdaşlığı Təqaüdü” proqramını elan edir.

Proqram çərçivəsində müxtəlif ixtisaslar üzrə bakalavr və magistratura səviyyələrində təhsil almaq imkanı yaradılır.