Məktəblilərimiz informatika olimpiadasında uğur qazanıblar

Məktəblilərimiz informatika olimpiadasında uğur qazanıblar
Bölmə adı Xəbərlər
Yayımlandı 19 May 2026, 12:53

İtaliyanın Çezenatiko şəhərində keçirilən "European Girls’ Olympiad in Informatics" (EGOI 2026) yekun nəticələrini açıqlayıb.

Aztəhsil.az xəbər verir ki, 67 ölkədən 242 nəfər məktəblinin iştirak etdiyi olimpiadada məktəblilər uğurla çıxış edərək 2 bürünc medal qazanıblar.

Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.

Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilər bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.

goc.edu.az