Şəhid ailələri üçün vakansiya seçimi BAŞLADI

Şəhid ailələri üçün vakansiya seçimi BAŞLADI
Bölmə adı Xəbərlər
Yayımlandı 21 May 2026, 13:54

Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Aztəhsil.az xəbər verir ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər.

İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.

Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir

goc.edu.az