Bu gün Bakı məktəblərində dərslər BAŞLAYIR

Bu gün Bakı məktəblərində dərslər BAŞLAYIR
Bölmə adı Xəbərlər
Yayımlandı 23 May 2026, 10:05

Bu gün Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində dərslər yenidən əyani formada olacaq.

Aztəhsil.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə WUF13-ün keçirildiyi 17–22 may tarixlərində məktəblərin fəaliyyətində dəyişiklik edilib, 18–22 may tarixlərində 5–11-ci siniflər üzrə dərslər məsafədən təşkil olunmuşdu.

Onlayn dərslər “Rəqəmsal məktəb” platforması üzərindən həyata keçirilib.

Qeyd edək ki, bu dəyişikliklər ibtidai siniflərə də şamil olunub.

goc.edu.az