Ölkə birinciliyində qalib oldular

Ölkə birinciliyində qalib oldular
Bölmə adı Xəbərlər
Yayımlandı 23 May 2026, 17:54

15-18 may 2026-cı il tarixlərində U-11, 2016-cı il və daha kiçik təvəllüdlü idmançılar arasında badminton idman növü üzrə ölkə birinciliyi keçirilib.

Aztəhsil.az xəbər verir ki,  birincilikdə "Təhsil" Respublika İdman Mərkəzinin tabeliyində fəaliyyət göstərən İdman məktəblərinin yetirmələrindən 10 nömrəli UGİM-in idmançıları Rəcəb Həsənov (şəxsi 2-ci, qoşa 2-ci, qarışıq qoşa 2-ci yer) və Ziba Məmmədli (şəxsi 2-ci, qoşa 1-ci, qarışıq qoşa 2-ci yer), Lənkəran UGİŞM-in idmançıları Mirsadıq Verdizadə (qoşa 3-cü, qarışıq qoşa 3-cü yer) və Yusif Hüseynov (qoşa 3-cü yer), həmçinin Gəncə şəhər 1 nömrəli UGİŞM-in idmançıları Milana Sadıxova (qoşa 3-cü, qarışıq qoşa 3-cü yer) və Xədicə Şərbətova (qoşa 3-cü yer) uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.

goc.edu.az