Qəbələdə iş axtaranlar üçün əmək yarmarkası təşkil olunacaq

Qəbələdə iş axtaranlar üçün əmək yarmarkası təşkil olunacaq
Bölmə adı Xəbərlər
Yayımlandı 25 May 2026, 09:53

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

Aztəhsil.az xəbər verir ki, yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Tədbir mayın 26-sı saat 11:00-da Qəbələ şəhəri, 28 May küçəsi, 89 ünvanında yerləşən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında start götürəcək.

goc.edu.az