Azərbaycanlı tələbə Türkiyədə keçirilən şeir müsabiqəsində qalib gəlib

Azərbaycanlı tələbə Türkiyədə keçirilən şeir müsabiqəsində qalib gəlib
Bölmə adı Xəbərlər
Yayımlandı 25 May 2026, 21:20

Türkiyədə magistratura təhsilini təqaüdlə davam etdirən azərbaycanlı tələbə Şəbnəm Feyzili 13-14 yaşlarından etibarən şeir sənəti ilə məşğul olur və müxtəlif mövzularda təşkil olunan şeir müsabiqələrində uğurlu nəticələr qazanır. O, eyni zamanda Azərbaycanda keçirilən bir sıra şeir müsabiqələrinin finalçısı olub.

Aztəhsil.az xəbər verir ki, Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən şeir müsabiqəsində iştirak edən Şəbnəm Feyzili müəllifi olduğu “Vətən” şeiri ilə aprel ayında İsparta İl Birincisi seçilib. Yarışmanın davamı olaraq may ayında keçirilən növbəti mərhələdə isə Akdeniz Bölgə Birincisi adına layiq görülüb.

Qazandığı uğur nəticəsində Türkiyə finalına vəsiqə qazanan Şəbnəm Feyzili müsabiqədə iştirak edən yeganə xarici tələbədir. Gənc qiraətçi bu nailiyyəti ilə Azərbaycanı beynəlxalq platformada uğurla təmsil edir.

goc.edu.az