Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar

Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
Bölmə adı Xəbərlər
Yayımlandı 27 May 2026, 10:10

Azərbaycan sərbəst güləşçiləri Bolqarıstanda keçirilən U-15 Avropa çempionatında böyük uğura imza ataraq vətənə medallarla qayıdıblar.

Aztəhsil.az xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində baş tutan qitə birinciliyində idmançılarımız yüksək ustalıq nümayiş etdiriblər. Oğlanların yarışında “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli RİOEUGİM-nin yetirməsi Elvin Nəcəfzadə (85 kq) bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızların mübarizəsində isə Gəncə şəhər 1 nömrəli UGİŞM-in idmançısı Ülviyyə Musayeva (33 kq) rəqiblərinə şans tanımayaraq Avropa çempionu adını qazanıb.

Yığma komandanın digər üzvləri də turniri mükafatlarla başa vurublar:

Elman İsmayılov (41 kq) — Gümüş medal Məhəmməd Kərimov (44 kq) — Gümüş medal Yusif Hüseynov (62 kq) — Bürünc medal

goc.edu.az