UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində (AzMİK) imtahan prosesi artıq UNEC təcrübəsinə uyğun şəkildə həyata keçirilir.
Kollecdən bildirilib ki, yeni imtahan modeli ilə qiymətləndirmə müasir yanaşma ilə təmin olunur.
Tələbələrin bilik və bacarıqlarının daha effektiv qiymətləndirilməsi məqsədilə imtahanlar UNEC standartlarına uyğun formatda təşkil edilir.