Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ - qeydiyyat başladı

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ - qeydiyyat başladı
Bölmə adı Xəbərlər
Yayımlandı 3 İyun 2026, 09:10

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə Aztəhsil.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.

goc.edu.az