Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli

Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
Bölmə adı Xəbərlər
Yayımlandı 3 İyun 2026, 10:52

"Qərbi Azərbaycana qayıdış" ideyası bu gün Azərbaycan dövlətinin və millətinin strateji hədəfidir.

Aztəhsil.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, həmin torpaqlara qayıdış insanlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır: "44 günlük Vətən müharibəsindən sonra tarixi torpaqlarımıza qayıdış bizim milli ideyamızdır. 

Son zamanlar Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında aparılan danışıqlar bölgəyə sülhün əbədi olaraq gəlməsinə böyük inam yaradır: "Biz bu təşəbbüsü alqışlayır və həmin danışıqlara tarixi torpaqlarımıza qayıdış üçün bir imkan kimi baxırıq.

Buna baxmayaraq, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində soydaşlarımız yüz illər, min illər boyunca çox zəngin mədəni irs yaradıblar. Bu irsin öyrənilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin xalqımıza və dünya ictimaiyyətinə çatdırılması Qərbi Azərbaycan İcmasının qarşısında əsas hədəf olaraq dayanır".

Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan İcması həm beynəlxalq, həm də ölkədaxili tədbirlər vasitəsilə öz təbliğat və təşviqat işlərini davam etdirir: "Eyni zamanda arxiv materialları araşdırılır. Bu günə qədər elmi dövriyyəyə daxil olmayan mənbələr üzə çıxarılır, xəritələr aşkarlanır. Qərbi Azərbaycan İcması bu məsələ ilə bağlı digər əlaqədar qurumlarla birlikdə sistemli və ardıcıl iş aparır".

goc.edu.az